SON ZƏNG: MƏKTƏB HƏYATINA VİDA, GƏLƏCƏYƏ ADDIM.

14 iyun 2025-ci il tarixində məktəbimizin akt zalında unudulmaz Son zəng tədbiri keçirildi. Tədbirdə XI sinif şagirdləri məktəb həyatı ilə vidalaşaraq yeni mərhələyə - tələbəlik və yetkinlik yoluna qədəm qoyublar.

Bayram əhval-ruhiyyəsində keçən tədbirdə müəllimlər, valideynlər və şagirdlər emosional anlar yaşayıblar. Məktəb rəhbərliyi məzunları təbrik edib, onlara uğurlar arzulayıb, müəllimlər isə ürəkdən gələn xatirələrini bölüşüblər.

Şagirdlərin ifasında səsləndirilən şeirlər, musiqilər, son zəng tədbiri daha da yaddaqalan edib. Bu gün təkcə son deyil, həm də yeni başlanğıcın ilk addımı idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi