6 İYUN BEYNƏLXAQ RUS DİLİ GÜNÜDÜR.

6 iyun dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günüdür(1799-1837). Şair müasir ədəbi rus dilinin qurucusu və dövrünün simvolu hesab edilir. Bu il onun anadan olmasının 225-ci ildönümüdür.
6 iyun 2024-cü il tarixdə "Puşkin günü" ilə əlaqədar məktəbimizdə fəaliyyət göstərən rus dili dərnəyinin hesabatı keçirildi. Dərnək rəhbəri Nərgiz Mehdiyevanın təşkilatçılığı ilə rus dili dərnəyinin üzvləri rus milli nağılından "Turpun nağılı" nı, "Evgeniy Onegin" əsərindən "Tatyananın məktubu" səhnəciyini nümayiş etdirdilər. Bir çox səhnəciklər isə cizgi filmlərindən fraqmentlər əsasında hazırlanmışdır. Eyni zamanda rus milli mətbəxi sərgiləndi. Həmçinin müxtəlif mahnılar və rəqslər tamaşaçıların diqqətini cəlb etdi. 
Qısa müddət ərzində rus dilini şagirdlərimizə sevdirməyi bacaran Nərgiz müəlliməyə təşəkkürümüzü bildirir, daha böyük nailiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi