"YAŞIL DÜNYA" ADLI ƏL İŞLƏRİ VƏ RƏSMLƏRDƏN İBARƏT SƏRGİ TƏŞKİL OLUNDU.

2024-cü ilin "Yaşıl Dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən məktəbimizdə 03.06.2024- cü il tarixdə Coğrafiya müəllimi Nərgiz Mircəfərovanın və Kimya müəllimi Xanımnaz Əzimovanın təşkilatçılığı ilə "Yaşıl dünya" adlı əl işləri və rəsmlərdən ibarət sərgi təşkil edildi.
Sərgidə məktəblilərin ekoloji mövzuda tullantılardan hazırladıqları əl işləri, eyni zamanda ölkəmizin füsunkar təbiətini əks etdirən rəsmlər nümayiş olundu. Azərbaycanın möhtəşəm xəritəsi tamaşaçıların marağına səbəb oldu.
Tədbirin yekunu olaraq şagirdlərimiz məktəbin həyətyanı sahəsinə şam ağacları basdırdılar.
Böyüməkdə olan gənc nəslin maariflənməsi məqsədilə təşkil olunan bu tədbir ekoloji mədəniyyət və ətraf mühitin qorunması üçün bir töhfədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi