Məktəbəhazırlığın son dərs günü

Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və
qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və
insanlara həssas münasibətinin formalaşmasını təmin edir.
Bu gün Məktəbəhazırlıq qruplarında son dərs günü idi. Balacalar il ərzində öyrəndikləri bacarıqlarını nümayiş etdirdilər, ilk təltiflərini qazandılar.
MH qruplarında dərs deyən müəllimlərimizə il boyu göstərdiyi gərgin və fədakar əməyinə görə məktəb rəhbərliyi tərəfindən dərin təşəkkürümüzu bildiririk.