101 KƏLAM....

u gün müstəqil Azərbaycanın memarı və qurucusu,Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101- ci il dönümüdür.
Bu münasibətlə məktəbin ədəbiyyat müəllimi Füruzə Babayevanın təşkilatçılığı ilə "Bədii qiraət " dərnəyinin üzvləri hesabat tədbiri keçirdilər.Tədbirdə dərnək üzvlərinin maraqlı çıxışları,şifahi xalq ədəbiyyatından söylədikləri nümunələr ,təmsillər,satiralar ,xüsusən də,
Abdulla Şaiqin "Tıq-tıq xanım " tamaşasından göstərdikləri səhnəcik dinləyicilərin marağına səbəb oldu.
Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş"Sən elə bir zirvəsən" mahnısı oxundu.