29 APREL BEYNƏLXALQ RƏQS GÜNÜDÜR.

Aprelin 29-u peşəkar və ya həvəskar rəqs ilə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. Bu əlamətdar tarix Fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.
Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da bu gün təsis olunduğu gündən qeyd olunur.
Bu gün bu əlamətdar günü məktəbimizdə də yüksək səviyyədə qeyd etdik. Musiqi müəllimi Rəxşəndə Qasımovanın təşkilatçılığı ilə şagirdlərimiz müxtəlif ölkələrin rəqslərini nümayiş etdirdilər. Ü. Hacıbəylinin məşhur "O olmasın, bu olsun", "Arşın mal alan" filmlərindən səhnəcik göstərdilər. Şagirdlər öz çıxışları ilə rəqsin birlik, ülvilik, gözəllik rəmzi olduğunu sübut etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi