KÖNÜL MÜLKÜNÜN SULTANI...

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsi ilə əlaqədar 26 aprel 2024- cü il tarixdə məktəbimizdə "Könül mülkünün sultanı " adlı tədbir keçirildi.
Tədbirdə dahi şairin həyat və yaradıcılığından ,zəngin bədii irsindən danışıldı."Söhbətül - Əsmar " poemasından səhnə nümayiş olundu,qəzəllər səsləndirildi.
Musiqi və təsviri incəsənət müəllimləri Füzuli yaradıcılığının musiqi və təsviri incəsənət sahəsindən yerindən söhbət açdılar,video çarxlar nümayiş olundu.
Tədbirin keçirilməsində əsas məqsəd məktəblilər arasında milli- mənəvi dəyərləri təbliğ etmək ,dahi şairin zəngin ədəbi- bədii irsi ilə bağlı gənc nəsli maarifləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi