Riyaziyyatı öyrənməyin sirləri...

Biz həyatımızın hər anında riyaziyyatla qarşılaşırıq.Bu da  bizim riyaziyyatı öyrənməyimiz üçün ən təməl səbəbdir.Riyaziyyat bir çox şagirdin dərsi dinlədikdən sonra hər mövzunu həmin an başa düşəcəyi bir fəndir.Bəzi şagirdlərin isə mövzunu tam olaraq mənimsəməsi üçün müəllim müxtəlif metod və üsullardan istifadə etməlidir.
Məktəbimizin direktoru və riyaziyyat müəllimi olan Mehriban Alşanova öz fənnini şagirdlərinə sevdirmək üçün dərslərində fərqli üsullar həyata keçirir.Bunlardan biri də qrup işləridir.Ümumi qruplarla iş bu fənnin mənimsənilməsində çox faydalıdır.
Qrup üzvlərindən birinin həll edə bilmədiyi tapşırığı bir başqası daha fərqli sferadan yanaşıb asanlıqla həll edə bilər.Beləliklə,qrup üzvləri bir- birinə təsir edərək öz biliklərini inkişaf etdirirlər.
Növbəti belə dərsimiz 21 may tarixində keçirildi.Bir - birindən maraqlı təqdimatlar müəllimlərin və dərsə onlayn qoşulan valideynlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi