1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi bu gün, Azərbaycanda da qeyd olunur. Uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi ilə 30.05.2025-ci il tarixində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" nə həsr olunmuş "Hər birimiz bir çiçək" adlı tədbir keçirilib. Uşaqların ifa etdikləri mahnı, şeir və rəqslər tədbirə rəngarənglik qatıb. Məktəbin direktoru Samirə Əliyeva uşaqları bayram münasibətilə təbrik edib onlara atdıqları hər addımda uğurlar və bol şanslar arzulayıb. Sağlam, xoşbəxt və sülh içində yaşayacaqları bir dünya arzusu ilə bu günün sabahı, sabahın ümidi olan uşaqların üzündən gülüş, sevinc əskik olmasın!
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik!