Məktəbəqədər hazırlıq qrupuna əyani vəsaitlər paylanılıb

2024-2025-ci tədris ili çərçivəsində ölkə üzrə bütün məktəbəhazırlıq qruplarına cəlb olunan 5 yaşlı uşaqlara Elm və Təhsil Nazirliyi tərəfindən əyani vəsaitlər göndərilib.
27 May 2025-ci il tarixində məktəbin direktoru Samirə Əliyeva əyani vəsaitləri uşaqlara paylamış və məktəbəhazırlıq qrupu müəllimi tərəfindən tədris prosesinə uyğun şəkildə istifadəsi təmin olunmuşdur. Elm və Təhsil Nazirliyinin bu təşəbbüsünü məktəb və valideynlər olaraq yüksək qiymətləndirir, təşəkkürümüzü bildiririk.