"Respublika Günü-Müstəqilliyimizin Təməli" adlı dəyirmi masa keçirilib

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşovanın rəhbərliyi, tarix müəllimi Məhəbbət Tarverdiyevin təşkilatçılığı ilə XB sinif şagirdləri ilə "Respublika Günü-Müstəqilliyimizin Təməli" adlı dəyirmi masa keçirilib. Müəllim şagirdlərə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin-Şərqdə ilk demokratik respublikanın yaradılması barədə ətraflı məlumat verib. Mövzu ilə bağlı videoslayd nümayiş olunub.