“ Narkomaniyaya yox deyək”
13N-li tam orta məktəbdə 14.05.15-ci il tarixdə Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Narkomaniyaya yox deyək” başlığı altında tədbir keçirilmişdir. Tədbirdə Yasamal rayon Polis İdarəsinin polis polkovniki cənab Əkbər İsmayılov, Narkomaniyaya qarşı mübarizə bölməsinin rəisi-polis mayoru Mirnemət Mirbabayev, Yasamal rayon YYÇ profilaktiki işin təşkili bölməsinin rəisi-polis mayoru Mais Nuriyev, Bakı şəhər Narkoloji Dispanserin həkimi Elçin Haqverdiyev iştirak etmişdir. YPİ-nin rəisi-polis polkovniki cənab Əkbər İsmayılov çıxış edərək, bəşəriyyətin ən böyük bəlası olan Narkomaniyanın gənclərə vurduğu zərərdən , təhlükəli bir vərdişə çevrilməsindən və ona qarşı mübarizə yollarından danışmışdır. Narkomaniyaya qarşı mübarizə bölməsinin rəisi-polis mayoru Mirnemət Mirbabayev, Bakı şəhər Narkoloji Dispanserin həkimi Elçin Haqverdiyev, 13 N-li tam orta məktəbin direktoru Y.Sadıqova öz çıxışlarında narkomaniyanın törətdiyi həyati təhlükədən, insan sağlamlığına vurduğu zərərlərdən söhbət apardılar. Tədbirin sonunda “ Narkomaniyaya yox deyək” adlı videoçarx nümayiş etdirildi və yaranmış suallar cavablandırıldı.