“Reproduktiv sağlamlıq”
Məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Edelya İsmayılova 8-ci sinif şagirdləri ilə Reproduktiv sağlamlıq mövzusunda maarifləndirici işin birinci məşğələsini - "Mən və mənim əhatəm" mövzusunda keçirdi. Şagirdlərə yeniyetməlik yaşlarında dostluğun əhəmiyyəti və xüsusiyyətləri barədə fikirləri əks etdirən elmi-populyar məqalə oxundu, mövzu ətrafında müzakirələr aparıldı. Sonda şagirdlər "Mən kiməm?" sualıni cavablandıraraq müsbət və mənfi keyfiyyətlərini hansı xarakter xüsusiyyətlərinin olduğunu bir - biriləri haqqında nə düşündüklərini öyrəndilər.