“Mühafizə Klubunun növbəti hesabat iclası keçirildi”
Bugün məktəbdə Məktəb Mühafizə Klubunun növbəti hesabat iclası keçirildi. İclasda məktəb rəhbərliyi və MMK-nın rəhbəri və fəal üzvləri iştirak edirdilər. Aylıq hesabat həm yazılı, həm də şifahi şəkildə verildi. Ay ərzində görülən işlərdən və çatışmazlıqlardan danışıldı. Eyni zamanda, MMK-a üzv olmaq istəyən yeni şagirdlərin ərizələrinə baxıldı. Və onlar haqqında 5-ci gün keçiriləcək iclasda qərar verilməsi nəzərdə tutuldu.