“5 Mart - Bədən tərbiyəsi və idman günü”
5 Mart - Bədən tərbiyəsi və idman günü ilə əlaqədar Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən məktəbdə 1-7 mart 2024-cü il tarixlərində təsdiq edilmiş idman həftəsi proqram çərçivəsində tədbirlər keçirilir.
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı və bu sahədə kütləviliyin artırılması məqsədilə keçirilən idman həftəsinin proqrama uyğun olaraq məktəbdə idman həftəsinin birinci günü səhər gimnastikası keçirildi. Siniflərdə idman mövzuları haqqında söhbət aparıldı və məktəb psixoloqları tərəfindən idmançıların yarışa hazırlığının psixoloji yanaşması mövzusunda görüş keçirildi.