Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirildi.
Məktəbin kitabxana müdiri Məhəbbət Mirzəyeva və tarixi müəllimi Səma Əsədovanın rəhbərliyi ilə məktəb kitabxanasında Azərbaycanın ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirildi. Şagirdlərə Məhəmməd Əmin Rəsulzadənin həyatı, siyasi və ədəbi fəaliyyəti barədə məlumatlar verildi.