“Rəqəmsal BSQ-nin həyata keçirilməsi”
Azərbaycan respublikası Elm və Təhsil nazirliyinin 29 oktyabr 2021-ci il F-510 nömrəli əmri və cari tədris ili üzrə təlimatı məktubuna əsasən 43 ümumtəhsil müəssisəsində summativ qiymətləndirmələrin elektron formada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə 13 nömrəli tam orta məktəbdə Rəqəmsal BSQ-nin pilot layihəsinin həyata keçirilməsi təmin edilərək ilkin olaraq 16.01.2024-cü il tarixdə V siniflərdə ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə Rəqəmsal BSQ təşkil edildi.