Beynəlxalq Ana dili günü

21.02.2020-ci il tarixdə silsilə tədbirlər keçirilmişdir.Belə ki,“Beynəlxalq Ana dili günü” ilə əlaqədar VI e sinif şagirdlərinin iştirakı ilə məktəbdə dəyirmi masa keçirilmişdir. Məktəbin Ana dili və Ədəbiyyat müəllimi Yaqut Məmmədlinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Beynəlxalq Ana dili günü”nün əhəmiyyəti barədə şagirdlər məlumatlandırılmış.Daha sonra məktəblilərin ifasında ana dilinə həsr olunmuş şerlər, mahnılar ifa edilmişdir.

Hər il olduğu kimi bu il də “Beynəlxalq Ana dili günü” münasibəti ilə bir çox siniflərdə açıq dərslər verildi.

“ Ana dilim, şirin dilim ”

Kitabxanada “ Beynəlxalq Ana dili” günü münasibətilə ibtidai siniflərlə milli dəyərimiz olan “ Ana dilim, şirin dilim ” adlı tədbir keçirildi. Tədbirdə ibtidai siniflər torpağa , vətənimizə, ana dilimizə aid seirlər söylədilər. Uşaqlara bu günün yaranması ilə əlaqədar geniş məlumat verildi. Dilimizin qorunması onu gələcək nəsillərə olduğu kimi ötürülməsində şagirdlərin böyük rolu olduğunu bir daha vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi