Nailiyyətlərimiz

"Karate idman növü üzrə daha bir uğur""KYOKUŞİNKAYKAN " karate idman növü üzrə keçirilmiş Bakı şəhər kubokunda 51 kq çəki dərəcəsində Nərimanov Məhəmməd İlham oğlu lll yerə layiq görüldüyünə görə diplom və medalla təltif olundu.

"Voleybol yarışmasında uğur"İdmanla məşğul olmaq uşaqların fizioloji və psixoloji sağlamlığı üçün çox faydalıdır. Buna görə də uşaqların əsasən də yeniyetməlik yaşında idmana yönləndirilməsi məsləhət görülür. Araşdırmalara görə idmanın nəinki insana fizioloji, eyni zamanda psixoloji faydası çoxdur. İdman uşağın özünə olan güvəninin, mənlik dəyərinin artmasına təsiri yüksəkdir. İdman uşaqda müsbət xarakterik xüsusiyyətlərin formalaşmasına köməklik göstərir. Məsələn voleybol oyunu uşaq üçün təkcə topa vurmaq deyil, eyni zamanda bu oyunu oynamağa başlayarkən uşaqda qaydalar, bölüşmək, münasibət qurmaq, vaxtı səmərəli istifadə etmək və s. kimi keyfiyyətlər formalaşır. Idman uşaqlarda daha rahat dostluq qurmaq bacarığı formalaşdırır. Xüsusilə daha çox özünə qapanıq olan uşaqlar dostluq qurmaqda çətinlik yaşaya bilərlər. Buna görə bir idman komandasının üzvü olmaq, bir yerdə uşaqlarla vaxt keçirmək dostluq qurmağı daha da asanlaşdıracaq. Saatlarla aparılan idman məşqləri zamanı uşaqlar bir-birinə bağlanır və bu sayədə sosiallaşır. Bunun nəticəsində də onlar uzunmüddətli dostluqlar qura bilirlər. Bu cur dostluğun və əməkdaşlığın nəticəsidir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü müasibəti ilə və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədi ilə Nizami rayon İcra Hakimiyyətinin və YAP Nizami rayon təşkilatının birgə keçirdiyi voleybol yarışmasında məktəbin komandası qalib olaraq I yerə layiq görülmüşlər.Uğurlu idman ənənələri olan məktəb, komandaya uğurların davamını diləyir.

HAQQIMIZDA

129 nömrəli məktəb 1979-cu ildən fəaliyyətə başlayıb.  Məktəb 2014/2015-ci tədris ilində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı üm...

BİZİM FƏXRLƏRİMİZ

Rüfət Həsənli Rauf

Tunar Davudov Rəşad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi