Nailiyyətlərimiz

Şahmat turnir26 fevral – 4 mart tarixlərində Ağcabədi şəhərində RİM – nin təşkilatçılığı ilə Xocalı soyqrımı qurbanlarının xatirəsinə həsr olunmuş Respublika şahmat turniri keçirilmişdir. Yarışda 35 rayon – şəhər Uşaq Gənclər şahmat məktəbləri, İxtisaslaşdırılmış Olimpiya ehtiyatları şahmat məktəbləri və özəl şahmat klublarından ümumilikdə 317 nəfər 16 yaşadək şahmatçı iştirak etmişdir. Məktəbin 4B sinif şagirdi Davudov Tunar 12 yaşadək yaş qrupunda II yeri tutaraq diplom və medalla təltif olunmuşdur. Arzu edirik ki, uğur və qələbələrinin ardı – arası kəsilməsin!

"Karate idman növü üzrə uğur"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi "KYOKUŞİNKAYKAN " KARATE FEDERASİYANIN birgə keçirdiyi 5 Mart idman və bədən tərbiyəsi gününə həsr olunmuş respublika turnirində 51 çəki dərəcəsində məktəbin 7 d sinif şagirdi Nərimanov Məhəmməd İlham oğlu l yerə layiq görüldüyünə görə diplom və medalla təltif olundu.

"Həmrəyliyimiz birliyimizdir "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 -cü ildönümü münasibətilə və Azərbaycanda keçirilən lV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən "Həmrəyliyimiz birliyimizdir " mövzusunda inşa müsabiqəsində məktəbimizin 9 -cu sinif şagirdi Əhmədova Ləman Habil qızı lll yerin qalibi olmuşdur.Diplom və medalla təltif olundu.

HAQQIMIZDA

129 nömrəli məktəb 1979-cu ildən fəaliyyətə başlayıb.  Məktəb 2014/2015-ci tədris ilində möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı üm...

BİZİM FƏXRLƏRİMİZ

Nübar Davudova Rəşad

Tunar Davudov Rəşad

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi