Böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illiyi ilə bağlı tədbir

Bakı şəhəri Təhsil İdarəsinin müdirinin 22 fevral 2019-cu il F-107 nömrəli əmrinə əsasən 30 may 2019-cu il tarixdə məktəbimizin akt zalında böyük Azərbaycan şairi İmaməddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Xəlilova Esmira və VIII A sinif şagirdləri olmuşlar. Dahi şairin həyatı və yaradıcılığı haqqında şagirdlər bədii kompozisiyalar hazırlamış və səhnələşdirmişdilər.Valideynlərin,şagirdlərin və məktəb rəhbərliyinin iştirak etdiyi tədbir məktəbin direktoru Nurəddinov Vələddinovun çıxışı ilə davam etdirilmişdir.

http://baku.edu.gov.az/az/page/261/3912

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi