"Ailəmiz güvən yerimiz" adlı ən yaxşı mühazirə

Türk əməkdaşlıq və Koordinasiya Agentliyinin “Ailə dəyərlərinin inkişafına dəstək” proqramı daxilində” Aydınlığa doğru” milli – mənəvi dəyərlərin qorunması İctimai Birliyinin “Ailə akademiyası” layihəsi çərçivəsində keçirdiyi “Ailəmiz – güvən yerimiz” adlı ən yaxşı mühazirə müsabiqəsində məktəbimizin 10A sinif şagirdləri Quliyev Murad və Əliyeva Çinarə iştirak etdi və təşəkkürnaməyə layiq görüldü. 24. 05. 2018 – ci ildə keçirilən Bakı Biznes Mərkəzində müsabiqənin mükafatlandırma mərhələsinə dəvət olundular. Tədbirdə ən yaxşı mühazirə üzrə seçilmiş qaliblər öz mühazirələrilə iştirakçıları təsirləndirdilər. Onların ailə haqqında düşüncələri, anlayışları həm münsiflər heyətində, həm də izləyicilərdə gələcəyin necə gözəl ailə qurucuları olacaqları təsəvvürünü oyatdılar. Tədbirin sonunda qaliblər qiymətli hədiyyələr və təşəkkürnamələrlə təltif olundular

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi