6 yaşı tamam olmayan uşaqların I sinfə qəbulu

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə fevralın 22-dən iyunun 20-dək, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt Şəhər Təhsil Şöbəsi və Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə isə martın 12-dən iyunun 20-dək aparılacaq.
“Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbulu iyun-iyul ayları ərzində müsahibə üsulu ilə həyata keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi