Respublika fənn olimpiadasında II və III yeri qazandıq
N.Nərimanov adına 128 N-li tam orta məktəbin müəllim-şagird kollektivi Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə II yeri (gümüş medal) qazanmış IX A sinif şagirdi Maral Əliyevanı və III yeri (bürünc medal) qazanmış XI B sinif şagirdi Nərmin Əliyevanı təbrik edirik. Şagirdlərimizə növbəti müsabiqələrdə uğurlar arzulayırıq. Uğurlarınız davamlı olsun.