" Yada düşər xatirələr" adlı tədbir keçirildi

Məzunlarımızın iştirakı ilə məktəbimizin təməlini qoymuş və onun tarixində misilsiz xidmətləri olan müəllimlərə həsr olunmuş " Yada düşər xatirələr" adlı tədbir keçirildi.Tədbir məktəbimizdə fizika fənnini tədris etmiş M.Qəzənfər və Ə.Əzizə müəllimi yad etməklə başladı.Və vaxtilə məktəbimizdə dərs demiş ibtidai və digər fənn müəııimıərini xatırrlamaqla davam etdi.Qəzənfər və Əzizə müəllimin davamçıları əziz müəllimləri haqqında xatirələrini bölüşdülər. Bu müəllimlər haqqında hazırlanmış vidioroliklər izlənildi.Tədbir boyu şagirdlərin ifasında şeirlər, mahnılar dinlənildi və səhnəciklərə tamaşa edildi.Söylənilən seirlər içərisində Qəzənfər müəllimin şagirdi olmuş şair Ramiz Abdullayevin və Mətanət Allahverdiyevanın seirləri də var idi.Tədbirdə vaxtilə məktəbdə direktor vəzifəsində çalışmış M.Zöhrə, A.Aida,S.İkram, dərs hissə müdiri vəzifəsində çalışmış Dilarə Məlik qızı, S.Səmayə, müəllimlərdən Ə.Hüseyn,E.Elmira, B.Elmira,C.Mirzağa,R.Bilqeyis,A.Xırdaxanım, məktəbimizin məzunu olmuş indi BDU-nin dosenti S.Həbibə ,Qəzənfər müəllimin davamçıları R.Şəhla ,A.Validə Azərbaycan Milli Ensiklopediyasının aparıcı elmi işçisi Əməkdar Mədəniyyət Xadimi H.Zərdabi mükafatı laureatı Validə İmaməliyeva və müxtəlif illərin məzunları iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi