Bu gün 128 N-li məktəbdə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirildi

Tədbirdə faciə qurbanları bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə 1990 – cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı Şəhərinə Sovet qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsindən, dinc əhaliyə divan tutulmasından danışıldı və məktəb şagirdlərinin hazırladığı ədəbii-bədii kompozisiya təqdim olundu. Tədbirdə “ Həqiqət” Tarixi araşdırmalar ictimai birliyinin sədri, Şəhidlər muzeyinin rəhbəri, Müharibə veteranı Əlövsət Qasımov, “Xocalı soyqırımı “ tanıtma ictimai birliyinin sədri, Tərəqqi medalı mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu, 20 Yanvar faciəsinin şahidi və Qarabağ müharibənin iştirakçısı Tahir Cəfərov, Solmaz Kürəkçaylı-şairə, Şəhidlər muzeyinin əməkdaşı iştirak edirdilər. Tədbirin sonunda 20 yanvar hadisələrinin və Qarabağ müharibəsinin iştirakçıları çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi