Heydər Əliyevin 100 illiyi münasibəti ilə tədbir

              Bakı Şəhəri üzrə Təhsil Idarəsinin 3-29-59/3-2-12F/ 2023 nömrəli əmri ilə təsdiq olunmuş "Heydər Əliyev ili" ilə əlaqədar tədbirlər planina əsasən  2 may 2023-cü il tarixində  Kiçik Akademiyanın Humanitar bölməsinin rəhbəri Azərbaycan dili və ədəbiyyat müəllimi Rəsulzadə Cəvahir 7a sinfi ilə layihə işi hazırlamışdır. 
              Tədbir himn ilə başladı.Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video nümayiş olundu. Dahi şəxsiyyətə həsr olunmuş "Onu zaman yaratdı" şeiri şagirdlər tərəfindən ifa edildi. Heydər Əliyevin hər kəlməsindən bir kitab yazmaq olar deyən şagirdlər onun müxtəlif mövzulara həsr etdiyi kəlamlarını söylədilər. 
 "Heydər Əliyev və ana dilimiz","Heydər Əliyev və ədəbiyyatımız" təqdimatlarında məktəblilər ulu öndərin Ana dilimizə,onun inkişafına,ədəbiyyatımıza,ədəbi şəxsiyyətlərə göstərdiyi qayğıdan danışdılar. 
               Zəlimxan Yaqubun "Böyük ömrün dastanı" poemasından  bir hissənin şagirdlər tərəfindən  səhnələşdirilməsi izləyici müəllim və şagirdlər tərəfindən maraqla qarşılandı. 
Sonda çıxış edən məktəbin direktoru  Əliyeva Sədaqət 7a sinfinin ilk belə tədbirlərinin davamlı olmasını arzu edərək, Dahi şəxsiyyətlə bağlı öz fikirlərini bölüşdü.Daha sonra çıxış edən məktəbin tarix müəllimi Əliyev Cavanşir və Kiçik Akademiyanın Prezidenti Fẹtullayeva  Sevinc  çıxış edərək əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib, digər siniflərin də belə tədbirlər hazırlamaqda fəallıq  göstərməsini tövsiyə etdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi