N.Nərimanovun ildönümü

              30 aprel 2023-cü il tarixində görkəmli dramaturq, gözəl insan, xeyirxah həkim, bacarıqlı şəxsiyyət N.Nərimanovun 153 illiyi münasibəti ilə məktəbin akt zalında Azərbaycan dili müəllimi Bağırova Günelin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird heyəti iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra aparıcılar N.Nərimanovun həyat və yaradıcılıq yolunu vərəqlədilər. Dahi şəxsiyyət haqqında məktəb xorunun ifasında mahnılar oxundu. İki səhnəcik nümayiş olundu. Şagirdlərimizin N.Nərimanovun ev muzeyinə getdiyi zaman, çəkdikləri video və şəkillərdən ibarət material təqdim olundu. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini Ülviyyə Kazımovanın müəllifi olduğu “Nəriman” şeiri səsləndirdi.
             Sonda məktəbin direktoru Ə.Sədaqət çıxış edərək tədbir iştirakçılarına təşəkkür etdi, N.Nərimanovun adını daşıyan təhsil ocağına təhsil almanın çox gözəl bir təssürat olduğunu şagirdlərin diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi