Bu gün məşhur Oftalmoloq-alim, alademik Zərifə xanım Əliyevanın doğum günüdür.

             Mənalı ömür yaşamaq, hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. 
            Belə insanlardan biri də dahi şəxsiyyət, Azərbaycanda oftalmologiya sahəsində əvəzsiz xidmətlərə malik gözəl insan Zərifə xanım Əliyevadır. 28 aprel 2023-cü il tarixində Zərifə xanım Əliyevanın 100 illiyi münasibətilə məktəbin bialogiya müəllimi Salayeva Bahar 8-a sinif şagirdləri ilə “Görmə orqanı” adlı açıq dərs vermişdir. Dərs zamanı Zərifə xanım Əliyeva haqqında videoçarx nümayiş olunmuş, şagirdlərə oftalmologiya elmi haqqında ətraflı məlumat verilmiş, Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində əldə etdiyi uğurlardan danışıb, həyat sahəsini vərəqləyiblər. 
             Bütün ömrünü insanlara xidmət işinə sərf etmiş görkəmli alim, xeyirxah insan, qayğıkeş ana, dahi oftalmoloq Zərifə xanım Əliyevanın əziz xatirəsini bu gün hər bir azərbaycanlı hörmətlə yad edir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi