"Aprel döyüşləri-Böyük Zəfərin başlanğıcı"adli dərs keçirildi

               4 aprel 2023-cü il tarixində məktəbin tarix müəllimi Qurbanova Jalənin təşkilatçılığı ilə 7-ci sinif şagirdləri ilə "Aprel döyüşləri- Böyük Zəfərin başlanğıcı" adlı dərs keçib. Qeyd olunub ki, atəşkəs elan olunduqdan sonra  2016-ci ildə baş verən Aprel döyüşləri ilk müharibə idi. Dörd gün davam edən müharibə zamanı Azərbaycan Ordusu 2 min hektardan artıq ərazini geri qaytarıb, eyni zamanda " Lələ təpə" yüksəkliyi, Talış kəndi ətrafında bir sıra yüksəliklər Azərbaycan Ordusu tərəfindən geri qaytarılıb. Şagirdlərə Aprel döyüşləri haqqında ətraflı məlumat verilib, videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi