11-ci sinif şagirdlərinə imtahan öncəsi motivasiya

               Buraxılış imtahanı ərəfəsində 11-ci sinif  şagirdləri ilə məktəbin direktoru Əliyeva Sədaqət, direktor müavini Muxtarzadə İradə, ibtidai sinif müəllimləri Vəfa Əmirova, Zəhra Əkbərova və Azərbaycan dili müəllimi Tükəzban Əliyeva motivasiya vermek, psixoloji dəstək olmaq məqsədi ilə görüş keçirtdilər. Görüşdə şagirdlərlə imtahan stressi, ixtisas seçimi, gələcək planları, imtahan motivasiyası barədə söhbətlər aparıldı. Görüş qarşılıqlı müzakirə şəklində davam etdi. Müəllimlər öz təcrübələrindən yararlanaraq şagirdlərə dəstək olmağa çalışdılar. Rəhbərlik də eyni zamanda şagirdlərə yüksək dəstəyini əsirgəmədi. Qarşıdan gələn imtahanda şagirdlərə uğur və müvəffəqiyyət arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi