"Narkotikə yox deyək" adlı tədbir keçirildi

               03.03.2023-cü il tarixində məktəbimizdə "Narkotikə yox deyək" adlı tədbir keçirildi. Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Sonra Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Şagirdlərin iştirakı ilə səhnəcik təqdim olundu, video materiala baxildı. Tədbirdə Sabunçu Rayon İH başçısının 1-ci müavini Güloğlan Məmmədov  Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov, həkim narkoloq Günay Ẹliyeva, Səhiyyə Nazirliyinin psixoloq-həkimi Ofeliya Məmmədova, məktəb rəhbərliyi , valideynlər, 9,10 11-ci siniflər iştirak edirdi. Çıxıṣlar dinlənildikdən sonra şagirdlər mövzu üzrə suallar verdilər. Tədbirdə şagirdlərin rəsmləri də nümayiş olunurdu. Sonda tədbirdə iştirak edən şagirdlər mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi