Susma, səsini eşitdir!” layihəsi çərçivəsində tədbir keçirildi

             24.02.2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində Maştağa qəsəbəsində yerləşən tam orta məktəblərin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

            Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Aparatının sektor müdiri Aytən Tarverdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları Tural Hüseynzadə və Təranə Piriyeva, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov (Qaraçaylı), Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq hekayələri yazarı və “Ting” nəşriyyatının təsisçisi Çinarə Köçərli, Sabunçu rayonunun Maştağa qəsəbə bələdiyyə sədri Mikayıl Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Maştağa qəsəbəsində yerləşən tam orta məktəblərin direktorları, müəllim və şagird heyəti iştirak edirdilər.

           Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərlərinə baxış ilə başlandı. Daha sonra məktəblilər məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları, qohumlar arasındakı nikah və onların fəsadları mövzuları ətrafında hazırladıqları səhnəcikləri nümayiş etdirdilər, şeir və mahnılar səsləndirdilər. Şagirdlərimiz tədbirdə Cəfər Cabbarlının “Sevil” tamaşasını səhnələşdirdilər.

Sonda “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində fəal iştirak edən məktəblilər və direktorlar Sabunçu rayonunun Maştağa qəsəbə bələdiyyəsi tərəfindən diplom və hədiyyələrlə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi