Xocalı faciəsinin 31-ci ildönümü

              Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə məktəbin musiqi müəllimi Nuriyeva Çiçək 5 və 6-cı sinif şagirdləri ilə tədbir keçirtdi. Tədbir Xocalı qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad etməklə başladı. Musiqi dərnəyinin üzvlərinin  təqdimatında xorda "Şəhidlər" mahnısı ifa olundu. Bundan əlavə səhnəcik nümayiş olundu, şeirlər səsləndirildi, videoçarxa baxıldı. Məktəbin tarix müəllimi, təşkilatçı Əliyev Cavanşir faciə haqqında məlumat verdi. Faciə qurbanları təkcə bir gün yox, hər gün bizim qəlbimizdə yaşayacaqlar. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində təkcə Xocalı faciəsinin deyil, 1-ci Qarabağ müharibəsində də həlak olan şəhidlərimizin qisası alındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi