"Ana dilim şirindir" adlı tədbir

             Ana dili, əlifbası bir millətin millət olaraq formalaşmasında vacib şərtlərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən  hesab olunur.  Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir.
             Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
             Bu gün  məktəbin ibtidai sinif müəllimi Əhmədova Ayşənin təşkilatçiliğı ilə1b və 5b sinif şagirdləri "Beynəlxalq Ana dili Günü" münasibəti ilə məktəbin kitabxanasında tədbir keçirtdilər. Tədbirdə birincilərin çıxışı böyük rəğbətlə qarşılandı. Tədbirin sonunda məktəbin direktoru Əliyeva  Sədaqət , təlim -tərbiyə işləri üzrə direktor müavini Əliyev  Cavanşir və  Azərbaycan dili müəllimi   Xəlilova Esmira uşaqlara öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi