Şəhidlər ən ali qürur mənbəyimizdir!

Bu gün şəhidlər bizim həm kədərimiz, həm qürurumuz, həm də fəxrlərimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq hər birimizin borcudur. Məktəb kollektivi və şagirdlərimiz mütəmadi olaraq şəhid ailələrini ziyarət edirlər. Növbəti belə ziyarətimiz 9-c sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Sinif rəhbəri Aydəmirova Aygünün də iştirak etdiyi ziyarət sinfin adını daşıdığı şəhid Piriyev Rəsulun məzarından başladı. Şəhidin məzarına güllər qoyuldu, ruhuna dualar oxundu. Allah bütün şəhidlərimizi rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi