27 Sentyabr-Anım Günü

           27 Sentaybr-Anım günü ilə əlaqədar məktəbimizdə bir sıra tədbirlər keçirildi. Məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbin tarix müəllimi Əliyev Cavanşir Anım günü ilə bağlı şagirdlərə məlumat verdi. 

           Məktəbin ibtidai sinifləri foyedə, şəhidlərin stendi qarşısında şeirlər söyləyib “Qarabağ Azərbaycandır” şüarı səsləndirdilər.

           Bundan əlavə məktəbin bir qrup ibtidai sinifləri şəhid Ağacavad Mütəllimovun evini ziyarət etdilər. Digər qrup şagirdlər isə Maştağa qəsəbəsində yerləşən Şəhidlər Xiyabanına ziyarət etdilər. 

           Şəhidlərimiz bir gün deyil, bir ömür hər birimizin qəlbində yaşayacaq. Onların əziz xatirəsini uca tutmaq hər birimizin vətəndaşlıq borcudur. 

           “Şəhidlər ölməz, Vətən bölünməz”

https://youtu.be/LTCxUoEq6cE

https://youtu.be/ScnEijlWBZA

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi