Onbirincilərin "Son zəng"i çalındı

14.06.2022-ci il tarixində məzun günü ilə münasibətilə məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi, məzunların valideynləri iştirak edirdi.

                Tədbir aparıcılar tərəfindən açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Daha sonra məktəbin direktoru Əliyeva Sədaqət müəllim məzunları təbrik etdi. Dərs hissə müdiri İradə müəllimə, təlim tərbiyə işləri üzrə direktor müavini Əliyev Cavanşir, onbirinccilərin ibtidai sinif müəllimləri, sinif rəhbərləri də təbriklərə qoşularaq onlara gələcək həyatlarında uğurlar arzuladılar. Onbirincilər üçün “Son zəng” səsləndikdən sonra məktəb rəhbərliyi bu illər ərzində nizam-intizam qaydalarına əməl edən onbirinciləri təltif etdilər. Daha sonra söz onbirincilərə verildi. Onbirincilərin təqdimatında şeirlər, mahnılar, rəqslər bir-birini əvəz etdi. Sonda birlik bərbarlik rəmzi olan “Yallı” rəqsi səsləndirildi və onbirincilər müəllimləri ilə rəqs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi