“Azərbaycan dili qaydaları” və “Tunel” kitablarının təqdimat mərasimi

08.06.2022-ci il tarixində məktəbimizdə ibtidai sinif müəllimimiz Könül Quliyevanın “Azərbaycan dili qaydaları” kitabı və məktəbimizin təsərrüfat işləri üzrə direktor müavini Ülviyyə Kazımovanın “Tunel” kitabının təqdimat mərasimi keçirilib.

            Təqdimat mərasimində məktəb rəhbərliyi, müəllim kollektivi, Maştağa Mədəniyyət evinin nümayəndələri, Maştağa Bələdiyyə sədri Mikayıl Məmmədov, YAP-ın sədr müavini Zülfüqar Cəfərov, Maştağa Bələdiyyə sədrinin müavini Ağanəcəf Qədirov, şairə xanım Sona Xəyal, Lənkəran Dram Teatrının aktrisası, Türk Yazarlar Birliyinin üzvü Banu Sadıqzadə, 187 nömrəli məktəbin direktoru və müəllim heyəti, 75 nömrəli məktəbin direktoru, 108 nömrəli məktəbin müəllimləri, hər iki müəlliflərin yaxınları iştirak edirdi. 128, 187 nömrəli məktəbin şagirdləri və müəllimləri “Tunel”dən şeirlər səsləndirdilər.Sonda xatirə şəkli çəkildi. Hər iki müəllifə yaradıcılıq uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi