“Children are our masterpiece” adlı bədii, əyləncəli tədbir

          03.06.2022-ci il tarixində “Children are our masterpiece” adlı bədii, əyləncəli tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının himni ilə başladı. Tədbir 2 hissədən ibarət idi. Birinci hissədə şagirdlər arasında yarışma keçirildi. Tədbir ingilis dilində olmağına baxmayaraq tərcümə olunduğuna görə hamı tərəfindən anlaşılırdı. Tədbirdə BŞTİ-nin ingilis dili fənni üzrə metodisti Tünzalə Rzayeva, E-hüquq az.saytının müxbiri Xəyalə Bünyadova, İlin müəllimi mükafatına layiq görülmüş 148 nömrəli məktəbin təqaüddə olan müəllimi Kifayət müəllimə, 187,295,75,108 nömrəli məktəblərin ingilis dili müəllimləri, 255 nömrəli tam orta məktəbin direktoru Mətanət müəllimə də iştirak edirdi. 

​          Yarışmada iştirak edən şagirdlərə təşəkkürnamələri Bakı şəhəri üzrə metodisti Tünzalə xanım təqdim etdi. Bədii hissədə şagirdlər həm ingilis, həm də fransız dilində mahnılar oxudular, rəqslər etdilər. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bu tədbirdə müxtəlif ölkələrdən gələn uşaqların adından təbriklər və səhnəciklər hazırlanmışdı. Şagirdlərin çıxışları tədbir iştirakçılarının marağına səbəb oldu. Sonda xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi