"Mənim bayrağım"

Hər bir millətin bayrağı (sancağı) onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacaq addımları müəyyənləşdirir. Əgər kimsə yaşadığı bir ölkədə milli ideyanın nədən ibarət olmasını bilmirsə, yaxud da belə bir ideyanın olmadığını iddia edirsə deməli, onun şüurunda milli bayraq anlayışı ya çox zəif şəkildə mövcuddur, ya da ümumiyyətlə yoxdur. Çünki milli bayraq yeganə mənəvi-ideoloji anlayışdır ki, vətəndaş onda özünü-kimliyini, dilini, mədəniyyətini və s. görür. Deməli, milli bayrağın mahiyyətini, mənəvi-ideoloji mənasını anlamayan bir kəsdə bayraq sevgisi yarana bilməz.Sabunçu rayon Gənclər evində keçirilən "Mənim bayrağım" şeir müsabiqəsində məktəbimizin VI A sinif şagirdi Zeynalov Ərrəhman iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi