18 oktyabr tarixində “ Müstəqilliyimiz bizə nə verdi ” mövzusunda dəyirmi masa keçirildi

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Bu gün - oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi.1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir.1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun , sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.1994-cü ilin 15 Oktyabr tarixindən, Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü hər il xalqımız tərəfindən bir bayram kimi qeyd edilir.Bu münasibətlə 128 N-li məktəbin kollektivi adından Sizi Dövlət Müstəqilliyi günü münasibətilə ürəkdən təbrik edir və hər birinizə xoş arzularımızı yetiririk,qəlbində Azərbaycan sevgisi ilə yaşayan bütün insanları təbrik edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi