İlin ilk pedaqoji şurası

12 sentyabr 2025-ci il tarixində məktəbimizdə yeni dərs ilinin ilk pedaqoji şurası təşkil olundu. İclasda məktəbin rəhbərliyi müəllim heyətini salamlayaraq qarşıdan gələn dərs ili ilə bağlı görüləcək işlər barədə məlumat verdi. İclasda dərs bölgüsü, şagirdlərin davamiyyəti, məktəbdaxili nizam-intizam qaydaları və il ərzində keçiriləcək tədbirlər müzakirə olundu.

İclas zamanı həmçinin məktəb kollektivinə yeni müəllimlər təqdim edildi. Onların fənlər üzrə fəaliyyət istiqamətləri barədə məlumat verildi və kollektivə uğurlar arzulandı.

Müəllimlər öz təkliflərini bölüşdülər və bir sıra vacib qərarlar qəbul olundu. Sonda yeni tədris ilində birgə əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi