Tarixi qələbəmiz fidanların gözü ilə

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən  məktəbin V-XI siniflərində vətənpərvərlik mövzusunda müxtəlif təbliğat işləri aparılmışdır.Sinif rəhbərləri şagirdlərə Qarabağ müharibələri, bu müharibələrdə şücaət göstərmiş mərd oğullarımız və bütün bunlara rəhbərlik edən liderimiz haqqında ətraflı məlumatlar vermişlər.Bütün bu və ya digər informasiya mənbələrindən yararlanan şagirdlər çox böyük istək  və həvəslə videoçarxlar hazırlayır ,esselər yazır,təqdimatlar hazırlayır,şəkillər çəkir, hətta özləri vətənə , əsgərə həsr olunmuş şeirlər yazırlar.Bu fəaliyyətimiz 2-ci Qarabağ müharibəsi başlayandan  bu günə qədər davam edir.Aktivliyi ilə seçilənlər VC (s.rəhbəri N.Axtər),VƏ (s.rəhbəri T.Ülviyyə) VIC (s.rəhbəri H.Zərifə),VIF (s.rəhbəri N.Sitarə ), sinifləridir. VI C sinif şagirdi Z.Lalə şəhidlərə həsr olunmuş şeiri ilə onlayn keçirilmiş şeir müsabiqəsində I yerə layiq görülmüşdür.

 

Şəhidlər (Zeynalova Lalə, 6-c sinif şagirdi)

 

Şəhidlər dünyada ilk qəhrəmanlar,

Şəhidlər qorxudan heç qorxmayanlar.

Şəhidlər tükənməz igid oğullar,

Şəhidlər cənnətdə yatan cəsurlar...

*

Onların bu qədər qəhrəmanlığı,

Dünyada bitməyən sərvətimizdir.

Şəhidlər ölməzlər, hər an yaşarlar,

Ürəkdə, könüldə qəlbdə qalarlar...

*

Qızıldan, paradan, puldan önəmli,

Şəhid həyatıdır, bizçün dəyərli,

Şəhidlik zirvədir, ən uca zirvə,

Yüksək ad qazandı bizim şəhidlər...

*

Neçə əziyyəti, neçə zülməti,

Dillərdən enməyən bir tarixdilər.

Vətəni bölməyin bütöv edənlər,

Bununçün qan tökdü igid şəhidlər...

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi