Tarix muzeyində unudulmayan bir gün

08.05.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin bir qrup müəllim və şagirdi Milli Azərbaycan Tarixi Muzeyində oldu.Muzeyin kollektivi tərəfindən səmimi qarşılanandan sonra, şagirdlər üçün master dərs keçirildi. Doğma Azərbaycanımızın xəritəsinin pazl şəklində yığılması şagirdlər tərəfindən böyük həvəslə yerinə yetirildi. Daha sonra şəkillər üzrə muzeyin tarixi hissəsində eksponatların yerini aşkarlamaq, həmin eksponat haqqında şagirdlərin hansı məlumata malik olmasının yoxlanılması oyunu uşaqların çox xoşuna gəldi. Tarix müəllimi Məlahət Kərimli tarixi biliklərin əsasında uşaqların verilən suallara verdikləri cavabları qənaətbəxş hesab etdi. Şəlalə müəllimə və valideyn Qumru xanım bilik və oyun xarakterli müxtəlif yarışların keçirilməsi 5-ci sinif şagirdlərinin çox xoşlarına gəldiyini söylədilər. Gülnarə müəllimə muzeyin rəy və təkliflər kitabında muzey kollektivinə öz minnətdarlığını bildirib, onlara uğurlar dilədi. Sonda Hacı Zeynalabdin Tağıyevin ev muzeyində xatirələrdə qalacaq şəkillər