Tarix yaradan şəxsiyyət

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. 08.05.2024-cü il tarixdə H.Z Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Səmayə Rzayeva 9a və 10a sinif şagirdləri ilə Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş dəyirmi masa təşkil etdi. Dəyirmi masada Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film izlənildi. Şagirdlər topladıqları məlumatlarla çıxış etdilər.