Yaşıl dünyamız

    07.05.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Dendrologiya bağı publik hüquqi şəxs-kollektivi ilə məktəbin müəllim və şagird kollektivinin birgə tədbiri keçirildi. Məktəbin foyesində məktəblilər təbiətə olan sevgilərini, ətraf mühitin qorunması və sağlamlaşdırılması ilə bağlı çağırışlarını əks etdirən rəsm əsərlərini nümayiş etdirdilər. Şagirdlər çəkdikləri şəkillər haqqında öz düşüncə və fikirlərini böyük həvəslə gələn qonaqlara danışdılar. 6c sinif şagirdləri Dadaşzadə Nurayın, Hüseynova Ədilənin, Hüseynova Tahirənin, Quliyev Nurullanın, Quliyev Əbülfəzabbasın, 8c sinif şagirdi Əlibalayeva Zemfiranın canlı olaraq çəkdikləri şəkillər, ümumilikdə bütün sərgi hamıda böyük maraq oyatdı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi