Təmiz ekoloji mühit-sağlam həyat

06.05.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Təmiz ekoloji mühit-sağlam həyat" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbiri məktəbin fənn müəllimi Aynurə Nəcəfova 5c sinif şagirdləri ilə təşkil etdi. Maarifləndirici tədbirin keçirilməsində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar ekologiyanı qorumaq, ətraf mühiti sağlamlaşdırmaq, abadlıq və təmizlik ənənələrini davam etdirmək, şagirdlər arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.