Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

    Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunmuş bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

    Ölkəmizdə də hər il bu tarixdə qoruqların, nümayiş obyekti kimi istifadə olunan abidələrin təbliği məqsədilə müxtəlif tədbirlər və sərgilər təşkil olunur.

    Bu münasibətlə 18.04.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Kərimli Məlahət 8d sinif şagirdləri ilə birgə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidi,     Kiçik Mərdəkan qəsrini ziyarət etdilər.

Qəsrlərin hansı məqsədlə tikilməsi, müdafiə xarakterli olması, hansı əsrdə və hansı hökmdarın vaxtında, kim tərəfindən inşa edilməsi barədə şagirdlərə ətraflı məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi