Qohumlararası nikahların fəsadları

    Erkən nikahlar həm mənəvi-psixoloji həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Erkən nikahın fəsadları ilə tez-tez rastlaşırıq.Erkən nikahların problem yaratmasının səbəblərindən biri də yeniyetməlik dövrünə təsadüf etməsidir. Həmin dövr uşaqlarlaın fiziki, psixoloji, bioloji və sosiallaşma cəhətdən sürətli inkişaf dövrüdür. Doğurduğu fəsadlara görə erkən nikah dövrümüzün mühüm və aktual problemlərindən biridir. Erkən nikah və qohumlar arasında nikah gələcək nəsillərin sağlamliğını təhlükə altına atır, boşanmalara, sağlamliq imkanları məhdud uşaqların dünyaya gəlməsinə səbəb olur.

    16.04.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Qohumlararası nikahların fəsadları" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masanı məktəbin müəllimi Bahar Rəsulova, psixoloq Aygün Əsgərova, UBTR Şəfa Orucova təşkil etmişdir. 9c sinif şagirdləri ilə təşkil olunan bu dəyirmi masada çox maraqlı məqamlara toxunuldu, erkən nikahın cəmiyyətə vurduğu ziyandan danışıldı. Şagirdlərin verdiyi suallar cavablandırıldı və sonda videoçarxa baxıldı. Dəyirmi masada 9c sinfindən 24 şagird iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi